Nazirlik rəsmisi bağçalarda sıxlığın aradan qaldırılması məsələsindən danışdı

Məktəbəqədər təhsilə əlçatanlığın artırılması üçün fərqli modellər üzərində çalışırıq.

Olaylar.az xəbər verir ki, bunu Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova "Təhsil TV"də qonaq olarkən deyib.

O bildirib ki, bəzi yerlərdə bağçalarda sıxlıq var.

"Bu problemin aradan qaldırılması üçün həm beynəlxalq təşkilatlar vasitəsilə, həm komanda olaraq çalışırıq. Dünyada bir çox uğurlu modellər var. Lakin harada hansı modelin tətbiqinin uğurlu olacağı ilə bağlı ciddi təhlil aparılmalıdır", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31