ÜST-dən çağırış: “Təcili peyvənd olunun”
10 Oktyabr 2023 15:03 SosialCOVID-19 təhlükəsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusdan və mövsümi qripdən qorunmayan hər kəsi, xüsusilə risk qrupuna daxil olan şəxsləri təcili peyvənd almağa çağırıb.
Olaylar.az bildirir ki, bu barədə ÜST-nin Mətbuat Xidməti məlumat yayıb.
"Həm COVID-19, həm də mövsümi qripdən qorunmayan insanlar, xüsusən də ən həssas və risk altında olan insanlar peyvəndlə bağlı istənilən təklifi qəbul etməlidirlər", - Mətbuat Xidməti qeyd edib.
Təşkilat əlavə edib ki, peyvənd həmişə aktual olaraq qalır və tənəffüs yolları yoluxucu infeksiyalarının qarşısını almaq və fəsadlarını azaltmaq üçün vacibdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31