“Şagird-məzun” dövlət elektron məlumat sistemi ilə bağlı “Təqvim planı” təsdiqlənib
10 Oktyabr 2023 12:16 SosialDövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2023/2024-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə "Təqvim planı"nı təsdiqləyib.
Olaylar.az xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb.
Regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, bu tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq "Şagird-məzun" sisteminə daxil edilməsini təmin etsinlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31