Qənirə Paşayeva ölümündən əvvəl ağır əməliyyat keçirib - Səs yazısı yayıldı

Bir neçə gün bundan əvvəl vəfat etmiş millət vəkili Qənirə Paşayeva ilə bağlı səs yazısı yayılıb. Yayılan səs yazısında deputat xanım  ağır əməliyyat keçirdiyini bildirir.

Olaylar.az manset.az-a istinadən xəbər verir ki, mərhum millət vəkili Qənirə Paşayeva ölümündən iki ay əvvəl məşhur bloqer Elçin Lənbəranskiyə atdığı səs yazısında özünün Türkiyədə ağır əməliyyat keçirdiyini, günlərdir xəstəxanada qaldığını, həkimlər tərəfindən yeni evə yazıldığını bildirib. O səs yazısında ağır əməliyyatdan sonra Bakıya qayıtdığını,  bacısının evində olduğunu qeyd edib. Səs yazısında bloqerin deputat xanımdan Şuşaya səfərlə bağlı xahiş etdiyi məlum olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31