Həbsdən çıxan keçmiş direktor yeni vəzifəyə təyin olundu

"Yeni Klinika" publik hüquqi şəxsin keçmiş direktoru Pərviz Abbasov yeni vəzifəyə təyin olunub.

Olaylar.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, Binəqədi Tibb Mərkəzində işə başlayıb.

Tanınmış həkim hazırda tibb müəssisəsinin ümumi cərrahı kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuşdu. O, bu ilin may ayında azadlığa buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31