Bakının bu rayonunda su kəsiləcək

Bu gün Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Olaylar.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 03 oktyabr 2023-cü il tarixində gün ərzində Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31