Natiq Əliyevin nəvəsi: "Sizdən xahiş edirəm ki..." - VİDEO

Oxumağa başlayandan o səhnəni arzulayıram. Bilirəm ki, ölkəmi qürurlandıracaq və ən yaxşı performansı göstərəcəyəm. Sizdən xahiş edirəm ki, mənə bacardığınız qədər dəstək olasınız və gəlin bunu həyata keçirək!

Olaylar.az gundem.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə Əliyeva sosial mediada paylaşdığı videoda qeyd edib. Azərbaycanı gələn il "Eurivision" mahnı müsabiqəsində təmsil etmək istədiyini açıqlayan Aliyə Əliyeva sözügedən layihəni uşaqlıqdan izlədiyini dilə gətirib.

Məlumat üçün bildirək ki, Aliyə Əliyeva 2010-cu ildə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Safura Əliyevanın həyat yoldaşı Fərhad Əliyevin ilk evliliyindən olan qızıdır. Aliyənin anası isə Azərbaycana 10 il rəhbərlik etmiş Vəli Axundovun nəvəsi Sara Əliyevadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31