Bakı və region üçün ipoteka şərtləri fərqli olmalıdır
2 Oktyabr 2023 12:32 SosialAzərbaycanda bölgələr üçün ipoteka şərtlərinin asanlaşdırılması təklif olunur. Olaylar xəbər verir ki, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin payız sessiyasında çıxışı zamanı qeyd edib ki, "İpoteka haqqında" qanunda ciddi dəyişikliyə ehtiyac var: "İpoteka haqqında" qanuna fərqli yanaşma olmalıdır. Şərtlər Bakı və region üçün eynidir. Gənclərin regionda evlənməsini, qalıb orada işləməsini istəyiriksə, qaydalar da dəyişməlidir. Çünki regionda olan əməkhaqlarının məbləğini də bilirik. Ona görə də region üçün ipoteka şərtləri asanlaşdırılmalıdır".
S.Novruzov bildirib ki, azad edilən ərazilərdə bələdiyyə sistemlərinin formalaşdırılması üçün addımlar atılmalıdır: "Bələdiyyələrlə bağlı məcəllənin hazırlanmasının vaxtı çatıb. Hesab edirəm ki, bu sahədə olan bütün qanun layihələri bir arada cəmləşdirilməlidir".