20 sentyabr bütövlük günü kimi qeyd edilsin - Təklif
2 Oktyabr 2023 12:16 Sosial"19-20 sentyabr antiterror tədbirləri 4 min kv km-lik ərazidə Azərbaycan suverenliyini bərpa etdi. Bir günlük antiterror tədbirləri Vətən Müharibəsinin davamı idi. Bu mənada 20 sentyabrın bütövlük günü kimi qeyd edilməsini təklif edirəm". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən sessiyasında deputat Zahid Oruc deyib: "Azərbaycan dövləti 30 il Qarabağda hərbi cinayət törədənlər üçün özü Haaqa tribunalını təşkil edir. Amma buna baxmayaraq bu gün Azərbaycana qarşı etnik təmizləmə və digər məsələlərdə absurd iddalar səslənir. Afrikada acından ölən insanların taleyindən yazmalı olan beynəlxalq media bu gün Qarabağdan çıxan ermənilər dəridən-qabıqdan çıxmamalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31