Sürücülərin DİQQƏTİNƏ! Bakıya gələn yollardan biri bağlanıb

Sumqayıtdan Bakıya gələn sürücülər çətinliklə üzləşiblər.

Oxu.Az-ın əməkdaşının verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının nəzarətində olan stosionar postu (Saray postu) yaxınlığındakı yol bağlanıb və avtomobillər Saray qəsəbəsi istiqamətinə yönləndiriliblər.

Bu səbəbdən yolda sıxlıq yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31