Hesablama Palatası "Azərbaycanfilm"də yoxlama aparır
11 Sentyabr 2023 14:04 SosialHesablama Palatası Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yoxlama aparır.
Olaylar.az APA-ya istinadən bildirir ki, kinostudiyanın direktoru Nazim Hüseynov APA-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda yoxlama prosesi davam etdirilir.
"Hələlik yekun heç nə deyə bilməyəcəyəm. Auditorlar maliyyə, təsərrüfat və digər sənədlər üzrə yoxlamalar həyata keçirir. Ümumiyyətlə, bu cür yoxlamalara mən müsbət yanaşıram. Hər bir iş gedən müəssisədə sözügedən formada yoxlamaların aparılması zəruridir", - direktor qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31