Bu il məktəblərdə istiliklə bağlı problem olmayacaq - İdarə müdiri
11 Sentyabr 2023 10:54 SosialBu il məktəblərdə istiliklə bağlı problem olmayacaq.
Olaylar.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu il 1 milyon 850 mindən çox dərslik yerlərə çatdırılıb.
"Yeni dərs ilində ilk dərs ulu öndər Heydər Əliyevə həsr olunacaq. Əsas məqsəd vətənpərvərlik, dövlətçilik tərbiyəsi və geniş mənada müasir Azərbaycançılıq ideologiyasının genişləndirilməsidir.
Eyni zamanda, təhsil müəssisələrinin qış mövsümünə hazırlığı yoxlanılıb. Bu il istiliklə bağlı problemimiz olmayacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Bakı təhsil işçilərinin sentyabr konfransı keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31