Rus millətindən olan 20 turist Yardimli Rayon Tarix Muzeyini ziyarət edib - ÖZƏL
11 Sentyabr 2023 10:27 SosialPaytaxt Bakıdan cənub zonasına səyahət edən turistlər Yardimli Rayon Tarix Muzeyini ziyarət ediblər. Muzüydən "Olaylar"a bildirilib ki, turist kimi gələn qonaqlar 20 nəfərə yaxın və əksəriyyət rus millətindən olan Azərbaycan Respublikası vətəndaşları olub: "Onlar Vətənin cənubuna gəzinti ilə qonşu rayonlara səyahətdən sonra Yardımlı rayonda da gəliblər.Yol boyu Yardımlı şəlaləsini, istirahət məkanlarını seyr edərək gəzib, nəhayət rayonumuza təşrif buyurublar. İnternet platformalarından muzeyimiz haqqında məlumatı olan turistlərin sözlərinə görə, rayonumuza daxil olanda muzeyimizi mütləq ziyarət etməyi hədəfləyiblər. Muzeyimizdə turistləri direktor Əli İskəndərov qarşılayıb və onlara maraqlı ekskursiya təşkil edib. Müxtəlif peşədən, əksəriyyəti həkim və müəllim olan bu qonaqlar muzeyimizin salonlarında hər bir eksponatlar haqqında maraqlanıb və onlara məlumat verən Əli müəllimdən dolğun məlumatı xahiş ediblər. Odur ki, muzeydə onların ziyarəti bir saatdan artıq davam edib. Sonda muzeyimizdə olan maraqlı ekspozisyadan, o cümlədən səliqə-sahmandan razı qalaraq əməkdaşlara minnətdarlığını bildiriblər. Daha sonra qonaqlar xoş təəssüratla vidalaşaraq rayonun görməli yerlərindən Ostayır, Nisaqala və Cayüzü kəndi istiqamətinə hərəkət ediblər".