DİN Qubadakı yol qəzası ilə bağlı məlumat yayıb
10 Sentyabr 2023 23:33 SosialSentyabrın 10-u axşam saatlarında Quba rayonunun Alekseyevka kəndi ərazisində "Mersedes", "Vaz-2107" və "Niva" markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Olaylar.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31