Sağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçiriləcək
9 Sentyabr 2023 14:00 SosialSentyabrın 16-da Bakıda Sağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçiriləcək. "OLAYLAR" xəbər verir ki, forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, "Gənclərin Töhfəsi" İctimai Birliyi və "Azərbaycan-Türkiyə" Qida Təhlükəsizliyi İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq.
Layihə rəhbəri Məhsəti Hüseynovanın "OLAYLAR"-a verdiyi xəbərə görə, forum çərçivəsində həmçinin "İslamda Qida Mədəniyyəti" adlı kitab, "e-kod" qida qatqı maddələri mobil tətbiqi və www.saglamqida.az saytının təqdimatı da baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31