Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
7 Sentyabr 2023 16:45 Sosial
09 və 10 sentyabr tarixlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edilir.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb. Bildirilib ki, qatarlar 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, 17:10-da qatar Ağstafadan Bakı Dəmiryolu Vağzalına yola düşəcək.
Bununla yanaşı Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31