Sus kəndinə ilk köçün vaxtı açıqlandı

Zabuxa köç prosesi çox müvəffəqiyyətlə həyata keçirildi. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva həmin ailələrlə görüşdü, olduqca maraqlı görüş alındı.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

"Sus kəndi layihəsi də, ümid edirəm, bu cür müvəffəqiyyətli olacaq. Düşünürəm ki, növbəti ilin əvvəlinə oraya köç mümkündür. Bu ilin sonuna kimi Laçında minlərlə yerli sakini görəcəyik. Eynilə Zabuxa ilin sonuna kimi ayda iki-üç köç prosesini təmin edəcəyik", - Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31