Müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsi başlayır
7 Sentyabr 2023 12:17 SosialSentyabrın 8-dən müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsinə start veriləcək.
Bu barədə Olaylar.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular 18 avqust tarixində müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31