Nazirlik 260 minədək e-arayış verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə dair elektron arayış xidmətləri vasitəsilə bu il 260 minədək e-arayış verilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, onların böyük hissəsi iş yerinə, pensiya, müavinət və təqaüd, əlillik, məşğulluğa dair arayışlar olub. Son 5 ildə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində Nazirliyin 31 e-arayış xidməti də istifadəyə verilib.

Həmin e-xidmətlər vətəndaşlara iş yerinə və əlilliyə dair,  pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31