Qanunsuz ov edən şəxs saxlanılıb
6 Sentyabr 2023 13:19 SosialBioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. "Olaylar"ın məlumatına görə, Xidmət rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Biləsuvar rayon sakini İlkin Baxşıyev olduğu müəyyən edilib: "Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31