Vilayət Eyvazov generalı vəzifədən azad etdi
6 Sentyabr 2023 11:15 SosialDaxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.
Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
İ.Məmmədovun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31