Yeni tədris ilində paytaxt yollarında sıxlıq daha çox olacaq - ÖZƏL
5 Sentyabr 2023 12:39 Sosial"Son bir ildə ölkəyə 70-80 min minik avtomobili gətirilib. Ölkəyə gətirilən avtomobillərin əksəriyyəti də Bakıya və Abşeron aqlomerasiyasına aiddir. Deməli, küçələrə çıxacaq avtomobillərin sayı da artıb". "OLAYLAR" xəbər verir ki, bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov yeni tədris ilində paytaxt yollarında müşahidə ediləcək mümkün tıxaclar barədə danışarkən səsləndirib. Ekspert paytaxtın ictimai nəqliyyatının bir qolu olan metronun da Bakıda sıxlığın aradan qaldırılması istiqamətində mühüm rol oynaya bilmədiyini diqqətə çatdırıb:
"Bakı Metropolitenində son bir ildə cəmi 1 stansiya - "Xocəsən" istifadəyə verildi. Onun ümumi sərnişin axınına ciddi təsiri gözlənilmir. Qatarların hərəkət qrafiki və digər amillər də yerində qalır. Oonsuz da mümkün ən maksimum istismar şərtlərindən istifadə olunur".