Azad olunmuş ərazilərin 95 min hektardan çoxu minadan təmizlənib - ANAMA sədri
4 Sentyabr 2023 16:45 Sosial2020-ci ilin noyabrından bu yana 95 min hektardan çox ərazi minadan təmizlənib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
"30 minə yaxın piyada əleyhinə mina, 17 minə yaxın tank əleyhinə mina və 40 mindən çox partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 305 nəfər isə mina qurbanı var. Onlardan 57-i nəfəri həyatını itirib, qalanları isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - deyə sədr əlavə edib.
Qeyd edək ki, sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna "İmprotex" Şirkətlər Qrupunun istehsalı olan "Revival P" minatəmizləmə maşını ianə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31