Qusarda “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi icra edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi "Yeni doğulmuş qız övladları üçün qutu" layihəsini Qusar rayonunda davam etdirib. Nazirlikdən "Olaylar"a bildirilib ki, layihə çərçivəsində rayonda cari ilin iyul ayında doğulmuş qız uşaqları olan 30 ailəyə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti və uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat  olan qutu təqdim olunub. Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir. Layihə daha əvvəl Şamaxı, Tovuz, Masallı, Tərtər rayonlarında uğurla həyata keçirilib. Layihənin mərhələli olaraq digər rayonlarda da keçirilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31