Ölkə ərazisini əhatə edən təmizlik aksiyaları davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyətləri orqanlarının, Mənzil-Kommunal Təsərrüfat İdarələrinin və bələdiyyələrin nümayəndələrinin, Mingəçevir "Asan Xidmət" könüllülərinin və sakinlərin iştirakı ilə Türyançay çayının Ağdaş rayonundan, Kür çayının Salyan şəhərindən keçən hissəsində, Sumqayıt şəhərinin Xəzər dənizi sahilində, Lənkəran rayonunun Sütəmurdov kəndinin Xəzər dənizi sahilində, Xızı rayonu Sərəki bulağı ətrafında iməciliklər keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, aksiyalar zamanı ümumilikdə 3,5 tondan artıq məişət tullantısı təmizlənərək yığışdırılıb. Mütəmadi olaraq keçirilən təmizlik aksiyalarının məqsədi vətəndaşları tullantıları düzgün idarə etmək verdişinə yiyələnməyə təşviq etmək, ictimaiyyətin diqqətini bu sahəyə yönəltməklə ekoloji şüurun formalaşmasına dəstək olmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31