Tektonik zəlzələ törətmək mümkünmüdür? - ÖZƏL
4 Sentyabr 2023 11:19 SosialDünən gecə saatlarında fasilərlə müəyyən ərazilərdə yer titrəməsinin hiss edilməsi əhali arasında belə bir təlaş yaratdı ki, bu adi təbii zəlzələ deyil sünidir. Xüsusilə də, zəlzələnin episentrinin o qədər seysmik zona olmayan Kürdəmirdə qeydə alınması bu istiqamətdə səslənən iddiaların sayını artırıb. Bəs, reallıqda bu mümkündürmü?
"OLAYLAR"-ın xəbərinə görə, tarixçi Rəfail Eminov deyib ki, hazırda dünyada ən dərin quyu 11 km-ə çatır:
"Zəlzələ törətmək üçünsə 40-80 km dərinlikdə litosfer tavalarına təsir göstərmək lazımdır. Deməli bu mümkün deyil! Lakin yerin müəyyən sahələrində maqnit nöqtələri var. Onlara təsir göstərərək süni zəlzələ törətməyin mümkünlüyü barədə isə yalnız ehtimal irəli sürülə bilər. Ancaq belə zəlzələ törətmək üçün də silah tətbiq edilməlidi. Belə bir zərbə isə görülməyib. Demək zəlzələ hələki təbii fövqəladə hal olaraq qalır!"