“İşsizin dostu” proqramı üzrə 8 min nəfər işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  DOST İş Mərkəzi tərəfindən "İşsizin dostu" proqramı üzrə ödənişli ictimai işlərə cəlb edilən şəxslər arasında müharibə veteranları, şəhid ailəsi üzvləri, əlilliyi olan şəxslərə üstünlük verilir. Nazirlikdən "Olaylar"a bildirilib ki, Mərkəzin icra etdiyi proqram üzrə işləyənlərdən hazırda 8 min nəfərini həmin kateqoriyalardan olan vətəndaşlar təşkil edir. "İşsizin DOSTu" proqramı çərçivəsində 56 min ictimai iş yeri mövcuddur və onların böyük əksəriyyəti ölkəmizin regionlarındadır. Proqrama cəlb olunan hər bir şəxslə əmək müqaviləsi bağlanıb ki, bu da işə cəlb edilənlərin gələcək əmək və sosial təminat hüquqlarının formalaşmasına əsas yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31