Daşkəsəndə qanunsuz kömür istehsal edən quyu aşkar edilib

"Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq" aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Daşkəsən rayonunun Astaf kəndində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub. "Olaylar" xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin Daşkəsən rayon sakini Samir Həsənov olduğu müəyyən edilib: "Faktla bağlı qanunsuz kömür istehsal edən şəxs barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyusu isə ləğv olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31