Qubanın yeni icra başçısı kollektivə təqdim olundu

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan İlqar Akif oğlu Mahmudov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

İ.Mahmudov ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, avqustun 31-i Prezident İlham Əliyev İlqar Akif oğlu Mahmudovun Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə Sərəncam imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31