Bakının bu ərazilərində qaz təchizatı dayandırılacaq - “Azəriqaz” İB
31 Avqust 2023 21:53 SosialPayız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayonu, A.Zeynallı küçəsində 3 ədəd siyirtmənin hündürlüyə qaldırılması və Füzuli küçəsində 1ədəd siyirtmənin quraşdırılması ilə əlaqədar 01.09.2023-cü il tarixdə saat 10:00-da qaz təchizatı dayandırılacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu, M.S.Ordubadi, M.Aslanov, M.Füzuli və A.Zeynallı küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31