Naxçıvanda idarə rəisi işdən çıxarıldı

Naxçıvan şəhər İstilik təsərrüfatı idarəsinin rəisi işdən azad olunub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov sərəncam imzalayıb. Sərəncama əsasən, idarənin rəisi Nəsimi Novruzov işdən çıxarılıb.

İcra başçısının digər sərəncamı ilə Həziyev Anar Hüseyn oğlu Naxçıvan şəhər İstilik Təsərrüfatı İdarəsinin yeni rəisi təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31