Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
29 Avqust 2023 16:12 SosialBakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysan olacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən məlumata görə, şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31