Bu küçədə də sürət həddi ENDİRİLDİ
28 Avqust 2023 18:10 SosialBakının Fətəli xan Xoyski küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, yol sahəsində müvafiq nişanlar quraşdırılıb.
Xatırladaq ki, bu gün Bakının Səməd Vurğun küçəsində də sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31