İrandan şərt - Şərtlərimizi yerinə yetirməsəniz, Hörmüz açılmayacaq

İranın qanuni tələbləri reallaşmadıqca və ABŞ-nin İran əleyhinə dəniz blokadasına son qoyulmadıqca, Hörmüz boğazı açılmayacaq və heç bir yekun anlaşma əldə olunmayacaq.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bazar ertəsi (2 oktyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.

"İranın tələbləri çox aydın və şəffaf şəkildə bəyan olunub və məntiqli tələblərdir. Artıq bununla bağlı ABŞ qərar verməlidir. İranın tələbləri reallaşdıqdan sonra prosesin davam etməsi haqda danışıqlar aparmaq mümkündür", -deyə o qeyd edib.

Bəqai əlavə edib ki, diplomatik baxımdan son vaxtlar vasitəçilərin vasitəsi ilə İran və ABŞ arasında dialoq və müzakirə əsasında yeni təşəbbüsün başlanması ilə nəticələnib. İranın 7 mərhələli planı çərçivəsində danışıqlar intensivləşib və iki gün ərzində onun icra edilməsi mümkündür.

"Bu məsələ İranın xoşməramlı strategiyasının göstəricisidir. İran elan edib ki, tələbləri yerinə yetirildiyi halda qısa müddət ərzində həm təhlükəsizlik Hörmüz boğazına qayıda bilər, həm də müzakirələr prosesi başlana bilər. Bütün bu hallar ABŞ-nin prosesin gələcəyi ilə əlaqədar hansı addımı atmasından asılıdır", -deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31