Ülviyyə bu kanalda çalışacaq
14 Avqust 2023 11:46 SosialAktrisa Ülviyyə Əliyeva Muz TV-də işə başlayıb.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, bu haqda sənətçi özü məlumat verib. O bildirib ki, artıq yeni layihəsinin çəkilişlərinə başlanılıb:
"Proqram "Qırmızı çamadan" adlanır. Sentyabrdan izləyə bilərsiniz. "Zəhmətkeş ulduzlar"la bənzər versiyadadır".
Qeyd edək ki, Ülviyyənin "Zəhmətkeş ulduzlar" verilişi "Space TV"də yayımlanırdı. Aktrisa bundan əvvəl ARB və "Space TV"də çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31