Yeni nəsil peşəkar maşinistlər hazırlanır - ÖZƏL
7 Avqust 2023 14:44 SosialEko-qatarları idarə edən yeni nəsil peşəkar maşinistlər hazırlanır. "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, ilin əvvəlindən yük və sərnişindaşımada peşəkar kadr ehtiyatının artırılması üçün təlimlər keçirilir.
Bu müddət ərzində təlimlərə 71 maşinist köməkçisi qatılıb
Təlimi uğurla başa vuran iştirakçılar maşinist vəsiqəsi əldə edəcəklər. Bu təlimlər yük və sərnişin qatarları, eləcə də bütün növ lokomotivləri idarə etmək üçün bilik və bacarıqları əhatə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31