Bakıda Güney Azərbaycanla bağlı konfrans keçiriləcək - ÖZƏL

Bakida Güney Azərbaycanla əlaqədar konfrans keçiriləcək. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Güney Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Camal Məmmədxanoğlu verib. O bildirib ki, konfrans "Güney Azərbaycanın mədəniyyətinin təbliği və problemləri" mövzusunda olacaq.
Avqustun 12-də baş tutacaq konfransda elm və sənət adamları ilə yanaşı, Güneylə bağlı fəaliyyət göstərən təşkilat rəhbərləri də iştirak edəcək.  Konfransda hazırda Güney Azərbaycanda mövcud olan durum, soydaşlarımızın fəaliyyəti barədə də iştirakçılara məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31