Ekoloji qanunvericiliyi pozanlar cəzalandırılıblar
7 Avqust 2023 12:13 SosialDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Tərtər rayonunun Poladlı kəndində fəaliyyət göstərən "Bolmart" mağazasında və Sabirabad rayonunun Kovlar kəndində məişət tullantılarının, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində isə istifadə müddəti bitmiş un məmulatlarının ətrafa atılması və qalaqlanması faktları müəyyən edilib. "Olaylar"ın məlumatına görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı "Bolmart" mağazasının sahibi Tural Abbasov, Kovlar kənd sakini Zəka Kərimov və Ceyranbatan qəsəbə sakini Məmməd Məmmədov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31