Sumqayıt sərnişin stansiyası fəaliyyətini qrafik üzrə davam etdirir
7 Avqust 2023 10:55 SosialBu gün səhər saat 07.20- 07.40 arası Sumqayıt sərnişin stansiyasına şəhər enerji şəbəkəsindən daxil olan elektrik enerjisinin verilməsində qısa kəsintilər yaranıb.
"OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, bu səbəblə stansiyada istismar olunan turniketlərin işində fasilələr yaranmış və sərnişinlərin mənzilbaşına vaxtında çatmaları üçün onların qatarlara buraxılması qeydiyyatdan kənar təmin edilmişdir.
Hazırda Sumqayıt sərnişin stansiyası fəaliyyətinin gündəlik qrafik üzrə davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31