SON DƏQİQƏ: Biləsuvarın kəndlərinə dolu yağdı, elektrik enerjisi kəsildi

Biləsuvar rayonu ərazisinə dolu yağıb.

Olaylar.az report-a istinadən xəbər verir ki, dolu təxminən saat 20 radələrində rayonun bir neçə kəndi ərazisinə qısa müddət ərzində düşüb.

Hazırda həmin kəndlərdə leysanla müşayiət olunan şimşək çaxır, elektrik enerjisinin verilişi dayanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31