Bərdədə bəndin uçması nəticəsində dəymiş ziyan müəyyənləşdirilib - ÖZƏL

"Avqustun 2-də Yuxarı Qarabağ su kanalının Bərdə rayonu Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması fövqaladə hal yaradıb və otuza yaxın ev  kiçikhəcmli zərər çəkib. Fövqaladə Hallar Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyinin, rayon Polis şöbəsinin əməkdaşları zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə əraziyə cəlb olunub və fəsadlar aradan qaldırılıb".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Bərdədən olan millət vəkili Fatma Yıldırım deyib ki,  deputat kimi ilk gündən aidiyyatı dövlət qurumları ilə əlaqəli şəkildə vəziyyəti nəzarətdə saxlayıb:

"Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası tərəfindən zərər çəkmiş evlərə baxılıb və dəymiş ziyan müəyyənləşdirilərək aidiyyatı orqanlara bildirilib.

Fövqaladə vəziyyətin nəticələrinin aradan  qaldırılması üçün dərhal reaksiya verərək təhlükəsizlik tədbirləri görən Fövqaladə Hallar Nazirliyi Qarabağ Regional mərkəzin əməkdaşlarına, xüsusilə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31