Ekoloji qanunvericiliyi pozanlar cəzalandırıldı
4 Avqust 2023 13:12 SosialAğdam rayonunun Xındırıstan kəndindəki "Al" marketdə, Şirvan şəhərinin 1 May küçəsində yerləşən avtotəmir sexində və Sabirabad rayonunun Ulacalı kəndindəki fərdi yaşayış evində formalaşan tullantıların qalaqlanması və ya yandırılması faktları müəyyən edilib. Bu barədə "Olaylar"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bildirilib ki, faktlarla bağlı "Al" marketin təmsilçisi İbrahim Niyazov, avtotəmir sexinin nümayəndəsi Famil Muradov və Sabirabad rayon sakini Məmmədağa Məmmədov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31