İnsan alverinin qarşısının alınması: Tədbirlər keçirilir

Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra ikinci geniş və ən çox gəlir gətirən sahə hesab olunur.

İnsan alverinə məruz qalanlar arasında qadınlar, kişilər və uşaqlar da olduğundan, bu problem demək olar ki, cəmiyyətin bütün fərdlərini əhatə edir. Çözümü də ümumi iştirakı, daha çox ictimaiyyətin maarifləndirilməsi kimi yanaşmalar tələb edir.

Bu məqsədlə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İçtimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşən "İnsan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsinə yönəlmiş əhalinin maarifləndirilmə və məlumatlandırılma tədbirlərinin təşkili" layihəsi icra edir. Layihənin icrası 03.07-30.09.2023-ci il dövrünü əhatə edir.

03.08.2023-ci il tarixdə Birliyin ofisində layihənin təqdimat mərasimi keçirilib, layihədə nəzərdə tutulmuş fəaliyyətlər barədə buklet və braşurlar əhali arasında paylanılıb. 

İcrası davam edən layihə çərçivəsində insan alveri və potensial qurbanlara, risk qrupuna daxil olan şəxslərə ödənişsiz hüquqi və psixolojifərdi məlumatlandırma xidmətləri göstərilir. Layihə çərçivəsində artıq 12 nəfər şəxs davamlı fərdi psixoloji konsultasiyadan yararlanmışdır. Müraciət etmiş 20 nəfər şəxsə hüquqi dəstək göstərilmişdir, 8 nəfər şəxs üçün müxtəlif qurumlara ərzilər yazılmış və məhkəmədə vəkil ilə təmsil olunub.

Hüquqi fərdi məlumatlandırma üçün müraciətlər əsasən boşanma, aliment, mülki, vərəsəlik və digər mövzuları əhatə edib. 
Qeyd edək ki, layihə dövründə insan alveri ilə mübarizə mövzusunda TV proqramların nümayişi, maarifləndirici təlimlərin və mövzu ilə bağlı dəirmi masaların keçirilməsi də nəzərdə tutulub. 

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31