Bərdədə su basmış ərazidə son vəziyyət AÇIQLANDI
4 Avqust 2023 10:35 SosialMəlumat verildiyi kimi, avqustun 2-də Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər, o cümlədən fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.
Bu barədə Olaylar.az-a FHN-dən bildirilib.
Qeyd edilib ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində Qaraqoyunlu kəndində subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31