Azərbaycanda tanınmış həkim vəfat etdi

Azərbaycanın tanınmış həkimlərindən biri, uroloq - androloq Nazim Nəzərov vəfat edib.

Olaylar.az metbuat.az-a istinadla xəbər verir ki, bu barədə onun Baş həkimi olduğu "UltraMed" Tibb Mərkəzi məlumat yayıb.

Nazim Nəzərov Türk Dünyası uluslararası Beynəlxalq Elmlər Akademiyasının Fəxri professoru, ali dərəcəli seksoloq idi. O, uzun müddət doğulduğu Yardımlı rayonunda rayon Mərkəzi Klinikasının baş həkimi kimi də çalışıb.

2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının "I dərəcəli Hippokrat ordeni" ilə təltif edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31