Bakı-Ağstafa-Bakı marşrutu üzrə 5-6 avqust tarixlərinə əlavə qatar reysləri təyin edilib

Artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə 5-6 avqust tarixlərinə əlavə qatar reysləri təyin edilib.

"OLAYLAR" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, qeyd olunan tarixlərdəi saat 08:25-də qatarlarımız Bakı Dəmiryol Vağzalından Ağstafa istiqamətinə, saat 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakı şəhərinə yola düşəcək.

Bundan başqa ənənəvi qrafiklə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız hər gün saat 08:45-də Bakıdan Ağstafaya, əks istiqamətdə isə saat 18:15-də Bakıya yola düşür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31