Daha bir jurnalistə vəzifə verildi

 

Tanınmış jurnalist Vamiq Nəsirova yeni vəzifə verilib.

Olaylar.az Gundem.az-a istinadən xəbər verir ki, o, Dövlət Məşğulluq Agentliyində Strateji Kommunikasiya Departamentinin şöbə müdiri təyin edilib.

 

O bundan əvvəl Azərbaycan Milli Anti-Dopinq Agentliyində (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri olub.

Qeyd edək ki,  V.Nəsirov uzun illər "Xəzər" telekanalında çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31