Ağac emalı sexinin sahibi barədə akt tərtib olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İsmayıllı rayonunun Cülyan kəndində qanunsuz fəaliyyət göstərən ağac emalı sexi, Göyçay rayonunun Çayarxı kəndindəki ağac emalı sexində isə qanunsuz yolla əldə edilmiş 4,6 m³ həcmində işlik meşə materialı müəyyən edilib. "Olaylar"ın məlumatına görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, İsmayıllı rayonunun Cülyan kəndindəki ağac emalı sexinin vətəndaş Tural Xəlilova, Göyçay rayonunun Çayarxı kəndindəki ağac emalı sexinin isə Ədalət Qasımova məxsus olduğu məlum olub: "Faktlarla bağlı ağac emalı sexlərinin sahibləri barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb".

B.Məhəmmədovun sözlərinə görə İsmayıllı rayonununda qanunsuz fəaliyyət göstərən ağac emalı sexinin fəaliyyətinin dayandırılması ilə bağlı hüquq-mühafizə orqanlarına məktub göndərilib. Göyçay rayonundakı sexdə aşkarlanmış işlik meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı isə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31