Naxçıvanın 2023-cü il büdcəsinə dəyişiklik edildi
1 Avqust 2023 12:08 SosialNaxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən növbədənkənar sessiyasında muxtar respublikanın müəyyən qanunlarında dəyişiklik edilib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, sessiyada "Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında" Qanununa dəyişiklik layihəsi müzakirə olunub və qəbul edilib.
Növbədənkənar sessiyada "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik layihəsi də müzakirə olunub və qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31