"Bunlar bizi məhvə aparır" - VİDEO

"Mədəniyyəti öldürürlər. Düşüklük, cılızlıq dəbdədir. Bunlar hamısı insanlığı, bizi məhvə aparır".

Türkanın bu ifası Röyanı təəccübləndirdi: “Quzum, sən neylədin?” - VİDEO

Olaylar.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri instaqramda canlı yayımda deyib. Sənətçi insanların bütün xatirələrini sosial şəbəkədə saxlamasından danışıb:

"Öz əlimizlə pulumuzu verib dijital dünyaya köçmüşük. Dünyamız sosial şəbəkələrdə keçir. Övladlarımızla, dostlarımızla oturanda belə hamının əlində telefon olur. Bizim fotolarımız, xatirələrimiz ancaq dijital aləmdədir. Əvvəl insanlara doğrunu çatdıran peyğəmbərlər var idi. İndi belə bir insan dünyaya gəlsə, dijital dünyaya bir virus ötürüb hər şeyi məhv etsə, görün nə olacaq: sizin bir kağız üzərində yazılan xatirəniz, fotonuz yoxdursa, real dünyada hər şeyi itirəcəksiniz. Xatirəsi olmayan insan insan deyil. Tarix nə qədər deformasiyaya uğrayıb? Hər gələn tarixi dəyişib. Amma buna baxmayaraq nənə nəvəyə danışmaqla tarixi bir-birinə ötürüb.  Bizim yaddaşımızı o qədər zibilləyiblər ki... Gün ərzində bizə lazımsız məlumatlar ötürülüb. Yaddaşımız elə doldurulub ki, yaddaşımız qalmayıb".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31